Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

İraqda İŞİD-in “müdafiə naziri” öldürüldü

İraqda İŞİD terror qruplaşmasının “müdafiə naziri” Şiit əl-Samarrai öldürülüb

Bu barədə “Fars” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.

Xəbərdə “müdafiə naziri”nin Nineviya əyalətində aviazərbələr zamanı qətlə yetirildiyi bildirilir. Hücum nəticəsində İŞİD-in daha 8 yüksək çinli üzvünün mıhv edildiyi xəbər verilir.

Qeyd edək ki, ötən həftə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bir müddət öncə aldığı yaralardan Rakka xəstəxanasında keçindiyi xəbəri yayılmışdı.
432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber