Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Reketlər üçün ağır dövr yetişir

Bu gün daha bir “hüquq müdafiəçisi”, “KİV rəhbəri” reketçilik elədiyinə görə həbs olunub. Keçən ay da eyni tipdən birini tutumuşdular, indi istintaqı gedir.
Nə baş verir?
Hakimiyyət reketçiliyə qarşı mübarizəyə başlayır desək, bu, fantaziyanın piki olar.
Adlarını çəkmək istəmədiyim bu həbs olunan şəxslərin kimliyi onsuz da ictimaiyyətə bəllidir. Onları təftiş eləmədən diqqətinizə bir maraqlı nüansı çatdırım. Bu adamların facebook statuslarını və ümumən fəaliyyətlərini analiz edəndə üzə çıxanlara baxaq.
Hər iki şəxs həbsləri ərəfəsində İlham Əliyev barədə şit mədhiyələr yağdırıb. Buna paralel də cəmiyyətdə hörmət sahibi olan müxalif, azad fikirli insanları aşağılayıb, təhqir ediblər. Çox təzadlı və ürəkbulandıran mənzərədir. Sanki İlham Əliyevə sevgi mütləq müxalifəti söymək, təhqir eləməklə müşaiyət olunmalıdır. İlham Əliyevə sevginin yanında müxalifətçilərə təhqir, böhtan yoxdursa, o sevgi legitim deyil. Belə bir anormal mənzərənin yaranmasına səbəb şübhəsiz, ölkədə aparılan siyasətdir. Hələlik bununla işimiz yox, mövzudan uzaqlaşmayaq.
Heç kimə sirr deyil ki, illərdir cəmiyyətin canına daraşan reket qəzetlərin, reket hüquq müdafəçilərinin (nə qədər gülməli və təzadlı ifadələr iştətdiyimin fərqindəyəm) əsas instrumenti, silahı yuxarıda vurğu saldığım məqamda cəmləşib. Dövlət idarələrini, orta sahibkarlığı girinc qoyan reket zümrəsi İlham Əliyevin adından çox məharətlə istifadə eləməkdədir. Qəzetin, saytın başlığına dövlət başçısının fotosunu vurmaqla “qaz vurub qazan dolduranlar” ölkədəki anormal vəziyyətin sayəsində rahat nəfəs alırlar. Vaxtı ilə belə tendensiyaları önləmək üçün Mətbuat Şurasının hansısa komissiya yaratması da boşuna getdi. Əksinə, biz zaman-zaman gördük ki, Mətbuat Şurası bəzi reketlər üçün “paltaryuyan” maşın rolu oynayb - bu cür parazitlərə həyat vəsiqəsi verib, onları təmizə çıxarıb.
Bu müqəddimədən sonra lap başda qoyduğumuz sual daha kəskin formada önümüzə çıxır: Əcaba, hakimiyyət və onun qanadı altında olan qurumlar reketçiliyə belə məhrəm hisslər bəslədiyi halda bəs bu həbslər nədir? Niyə, o “zəhmətkeş reketləri” damlayırlar, bəyəm bu ölkədə tutulası müxalifət fəalı, azad mətbuat təmsilçisi qalmayıb ki, onları güdaza verirlər?
Netfin düşməsi ilə başlanan iqtisadi böhranı nəzərə alsaq, bu həbslərin səbəbi barədə çox düşünməyə dəyməz. Bilirsiniz, neft gəlirlərinin azalması bir yandan, o biri tərəfdən də kal armud kimi boğazımıza keçən Avropa Oyunları ölkədə dramatizm yaradıb. Əlində beş-on manat pul olan adamlar eynən Məşədi İbadın günündədilər. Eyni gündə bu təbəqə həm “qoçu əsgərləri” (vergi, polis, prokurorluq və s.), həm də “ qəzetəçi rza bəyləri” qarşılayıb yola salmaq iqtidarında deyil. Pul az, tələb edən çox. Bu situasiyada kiçik reketlər, böyük rekertlə (hakimiyyətin inzibatı orqanları - töycü yığanları ilə) istər-istəməz qarşı-qarşıya dayanmalı idi və dayandı da. Baş verən həbsləri bax bu konteksdə analiz eləmək daha düzgündü. Nə qədər ki, hökümətin kefi yerində, pulu qaydasında idi aşağı səviyyədə reketçilik onları heç maraqlandırmırdı da. Vəziyyət “mənə dəyməyən ilan yüz il yaşasın” məsəlindəki kimi idi. Ancaq indi həyat hökuməti amansızlığa, qəddarlığa zorlayır. Özfəaliyyət üçün meydan balacalaşır. Ən böyük reket başqa səbəbdən deyil, yağmalanası pul az olduğundan istəmir ki, xırda-para ünsürlər onun bazarına girib qan qaraldıb, ovqatı korlasınlar.
Ona görə yeni dövrün reketləri indi daha diqqətli olmalı, min ölçüb bir biçməli, yaxud da müasir ixtisasartırma kurslarına yazılıb məsələn, polisdə, məhkəmədə, vergiərdə daha təhlükəsiz “qulaqkəsmə” işinə düzəlməlidirlər.

Natiq Güləhmədoğlu/azadlıq
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı