Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Nepalda ölü sayı 4 000 oldu

Ölkə rəsmiləri təbii fəlakət nəticəsində ölü sayının artacağını proqnozlaşdırırlar
Nepalda dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 4 minə çatıb.

Türkiyəli xilasedicilər dağıntılar altından bir kişini 36 saatdan sonra sağ xilas ediblər. Xəsarət alan şəxsin şüuru özündə olub. Üzərindən 3 gün keçməsinə baxmayaraq, dağıntılar altında hələ də sağ qalanların olduğu ehtimal edilir. İnsanlar hələ də ümidlərini itirməyiblər. Lakin təbii fəlakət bölgələrində ağır texnikanın çatışmazlığı xilasetmə əməliyyatlarını ləngidir. İnsanlar fərdi şəkildə dağıntıları təmizləməyə çalışırlar.

Nepal rəsmiləri ölü sayının artacağını proqnozlaşdırırlar. Rəsmilər hələlik bəzi dağlıq kəndlərdən xəbər ala bilmədiklərini də qeyd ediblər.

Məlumata görə, zəlzələ nəticəsində 6 500-dən çox insan xəsarət alıb.

Ölkəyə humanitar yardım göstərməyə çalışanlar da az deyil. İndiyə qədər Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Nepala əlavə olaraq 9 milyon dollar məbləğində maliyyə dəstəyi vəd edib.
437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03