Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Husilər vəhabi kralı hədələdi

Husilər Səudiyəni neft və sənaye obyektlərini vurmaqla hədələdi
Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hədəsi ilə üzləşib.

Husilərin liderlərindən olan Hadi əl-Acilaqi Ənsarullah hərəkatı Səudiyyə Ərəbistanındakı neft və sanaye obyektləri ilə yanaşı, dənizdəki gəmilərini vura biləcək modern raketlər aldıqlarını açıqlayıb. Bu barədə “Fars News Agency” xəbər yayıb.

Xəbərdə bildirilir ki, Hadi əl-Acilaqi sahib olduqları raketlərin Səudiyyə Ərəbistanının mövcud əməliyyat strategiyasını dəyişməyə qadir olduğunu deyib.

Husi lideri raketlərn dəqiq sayını açıqlamasa da, həmin raketlərin çox həssas və uzun mənzilli olduğunu vurğulayıb.

Ərəb koalisiyası bundan əvvəl husilərə aid silahların 80 %-nin məhv edildiyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığ ilə koalisiya qüvvələri Yəmənin böyük hissəsinə nəzarət edən şiə inqilabçılarına (husilər) qarşı hərbi əməliyyatlar keçirir. Hərçənd, aprelin 21-də ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı