Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

İraq komandanlığı 44 “İŞİD” terrorçusunu məhv edib

Ötən gün axşam saatlarında Bağdadın qərbində əl-Mənsur və əl-Amil rayonlarında baş verən partlayışlarda onlarla insan həlak olub və yaralanıb.

İnterAz–in Sumariya agentliyinə istinadla verdiyi xəbərə görə, partlayışlardan bir minalanmış maşının partladılması, digəri isə quraşdırılmış bombanın işə salınması nəticəsində baş verib. Ümumilikdə 15 nəfər həlak olub, 41 nəfər yaralanıb.

Bağdadın Kərəx adlanan bölgəsində də silsilə partlayışlar baş verib. Bu partlayışlarda ölən və yaralananların olduğu bildirilir.

Törədilən terror aktları ilə yanaşı İraq ordusu ölkənin əl-Ənbar əyalətində də terrorçu İŞİD təşkilatına qarşı əməliyyatlar aparıb.

İraqda Əl-Kərma bölgəsinin azadlığını öhdəsinə götürən komandanlıq ötən gün verdiyi bəyanatda əməliyyatların 13-cü günündə 44 İŞİD üzvünün öldürüldüyü və 50-ə yaxın bombanın zərərsizləşdirildiyini elan edib.
434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41
Kadırov: “Heç va