Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Stressi azaldan içki

Stress müasir dövrün ən böyük problemlərindən biridir.

Bir çox xəstəliklərin yaranmasına və inkişafına şərait yaradan stress psixoloji problemlərə də səbəb ola bilir. Özümüzü nə qədər qorusaq da, stressin təsirlərindən tam müdafiə olunmaq imkansızdır.

Ancaq alma, əncir, manqo və papayadan hazırlanan xüsusi içkiylə stressin təsirlərini müəyyən qədər azaltmaq mümkündür.

Əsl lif mənbəyi olan alma tərkibindəki C vitamini və maqnezium sayəsində stresslə mübarizə aparır. Əncir isə yüksək miqdarda kalsium ehtiva etdiyi üçün zehni fəaliyyəti aktivləşdirib stressdən qaynaqlanan depressiyanın qarşısını alır. Manqo və papaya da stressi azaldan meyvələrdən hesab edilirlər. Bu 4 möhtəşəm şəfa mənbəyi bir araya gəldikdə ortaya əsl stress qalxanı çıxır.

Bəs, stressə qarşı içki necə hazırlanır.

3 ədəd almanı, qabığı soyulub dilimlənmiş 1 ədəd manqonu, qabığı soyulub tumları təmizlənmiş və doğranmış 1 papayanı və xırda doğranmış 2 ədəd ənciri şirəçəkəndən keçirin.

Əldə etdiyiniz suyu 3 dəqiqə içərisində içməlisiniz. Əks təqdirdə, şirə vitamin və minerallarının itirəcək.

Günə bu içkiylə başlamaqla özünüzü daha enerjili hiss edə bilərsiniz.

Ya da axşamlar içərək gün ərzindəki yorğunluğu, gərgin iş rejiminin səbəb olduğu stressi ata bilərsiniz.

Unutmayın, bu içkini gündə ancaq bir stəkan içmək olar.
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber