Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Səudiyyə vəhabilərinə itaət etməyəcəyik

Çoxsaylı qurbanlar verməli olsaq belə, Səudiyyə Ərəbistanı və ABŞ-a tabe olmayacağıq!

SalamNews-un "Al Maseera" televiziya kanalına istinadla verdiyi xəbərə görə, bunu Yəmən Silahlı Qüvvələrinin təmsilçisi, general-polkovnik Şərəf Qalib Loğman ötən gün keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanının son bir ay ərzində ölkəsində həyata keçirdiyi hücumların fəsadları barədə danışarkən bildirib.

O, bu hücumlarda ölənlərin sayının 3500-ə çatdığını, ər-Riyad qüvvələrinin qadağan olunmuş silahlardan istifadə etdiyini söyləyib.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanına məxsus qırıcılar dünən əsasən Yəmənin paytaxtı Sana və Ədən şəhərlərini bombalayıb.

Ordu qüvvələri, husilər və onların tərəfdarları ölkənin mrəkəzində yerləşən Mərib şəhərində mühüm irəliləyiş əldə ediblər.
419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22