Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

“Azərikimya”da qadınları işdən qovurlar

“Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində kütləvi ixtisarlara başlanılıb”.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M.Qəhrəmanlı bildirdi ki, rəhbərlik etdiyi təşkilata “Azərkimya”da 15-20 il çalışan təcrübəli mütəxəssislərin işdən uzaqlaşdırılması ilə bağlı müraciətlər edilib.

“Müəssisədə işçilər arasında attestasiya keçirilib. İşdən çıxarılanlara attestasiyada bal toplaya bilmədiklərini deyiblər. Lakin müraciət edən işçilər bal topladıqlarını, protokolların sonradan dəyişdirildiyini iddia edirlər” - deyə hüquq müdafiəçisi vurğuladı.

Təşkilat rəhbərinin sözlərinə görə, çıxarılanlar arasında qadınlar daha böyük üstünlük təşkil edirlər. Şikayətçilər Dövlət Əmək Müfəttişliyinə də müraciət ünvanlayıblar. M.Qəhrəmanlı məsələ ilə bağlı araşdırmalara başlanıldığını dedi.
1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...