Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Rus pensiyaçıları soyan azərbaycanlı

48 yaşlı Azərbaycan vətəndaşı heç bir sənədi olmadan yaşayıb
Rusiyanın Novosibirsk şəhərində rus pensiyaçıları qarət edən 48 yaşlı azərbaycanlı həbs olunub.

Əvvəllər qarətə görə həbs olmuş Azərbaycan vətəndaşı Novosibirskdə heç bir sənədi və qeydiyyatı olmadan yaşayıb. O, şəhərin cənub-qərb yaşayış massivində 11-ə yaxın yaşlı adamı qarət edib.

Cinayətkar yaşlı adamlara müraciət edərək onların evini ucuz qiymətə təmir etməyi, yaxud elektrik sobalarını yenisi ilə əvəz etməyi təklif edib. Bu ad altında pensiyaçıların evlərinə gedib, sonra isə pul oğurlayıb.

Bəzi pensiyaçılar pulu ona özləri verib, bəzilərininkini isə oğurlayaraq qaçıb. Pensiyaçıların hər birindən 2 min rubldan (40 dollar) 130 min rubla (2500 dollar) qədər pul oğurlayıb.
403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP