Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Ermənilərə yeni silahlar verildi

Moskva Ermənistandakı hərbi bazasına yeni döyüş vertolyotları gətirib
Rusiya pilotları Rostovdakı hərbi aerodromda əsaslı təmirdən və müasirləşdirmədən sonra yeni silahlarla təchiz olunmuş döyüş vertolyotlarını Ermənistandakı Erebuni hərbi hava bazasına gətiriblər.

Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, hərbi təyyarə bazasının mühəndis-aviasiya xidmətinin mütəxəssisləri 14 ədəd Mi-8MT, Mi-8SMT və Mi-24P nəqliyyat-döyüş vertolyotunu aviasiya birləşməsinin tərkibinə qəbul edib. Vertolyotlara əsaslı təmir və müasirləşdirmə zamanı yeni mühərriklər, idarə sistemləri qoyulub. Bununla da müxtəlif meteoroloji şərtlər vaxtı dağlıq ərazilərdə vertolyotların hərəkətini sadələşdirəcək. Vertolyotların xarici və daxili işıq texnikası və avadanlığı da müasirləşdirilib.

Erebuni aviasiya bazasının hərbi qulluqçuları tərəfindən yeni vertolyotları yay rejiminə keçirməklə bu ilin mayından istifadə etməyi planlaşdırılır.

Ekspertlərin fikrincə, Rusiyanın Ermənistandakı hərbi hava bazasına belə müasir döyüş vertolyotları gətirməklə bölgədə vəziyyəti nəzarətdə saxlamağa çalışır. Prezident Vladimir Putinin bu addımını həm Qərbə, həm də regional dövlətlərə mesaj kimi də qiymətləndirmək mümkündür. Çünki sanksiyalarla üzləşən Rusiyanın hərbi güc nümayiş etdirməkdən başqa çarəsi qalmayıb./ans/
416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19
30 noyabrda g