Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Türkiyədə polis həbsləri başladı

Türkiyədə daha 12 nurçu polis saxlanılıb.

Van şəhərində şübhəli şəxs qismində saxlanılan 18 polisdən 12-si barəsində həbs qərarı çıxarılıb. Onlar siyasətçilərin, dövlət qulluqçuları və sahibkarların telefonlarını qeyri-qanunu dinləməkdə ittiham olunurlar. Hökumət bildirir ki, telefonların gizli dinlənilməsi ABŞ-da mənzillənən Fəthullah Gülənin apardığı hökumət əleyhinə kampaniyanın tərkib hissəsidir.

Gülənin özü ittihamları rədd edib. Dekabr ayında Türkiyə məhkəməsi Gülənin həbsinə sanksiya verib. Lakin onun Türkiyəyə təslim ediləcəyi ehtimalı qeyri-real görünür. Prezident Rəcəb Tayyib Ərdoğan bir vaxtlar müttəfiqi olmuş ruhanini, o cümlədən mətbuatda olan tərəfdarları vasitəsilə hakimiyyəti devirmək cəhdində suçlayıb. Dekabrda polis Gülənlə əlaqəsi güman edilən qəzet və teleşirkətlərin ofislərində axtarış keçirərək bir neçə media nümayəndəsini həbs edib.
417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber