Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Azərbaycanda orta məktəblərdən birinə ilanlar daxil olub - FOTO

Şagirdlər həyətdə dərs keçmək məcburiyyətində qalıblar
Goranboy rayonunun Xoylu kəndində orta məktəbin siniflərinə ilanlar daraşıb. “Report”un xəbərinə görə, 100-ə yaxın şagirdi olan kənd məktəbində bir neçə gündür ki, şagirdlər həyətdə dərs keçmək məcburiyyətində qalıblar. Məktəbdən bildirilib ki, problemlə bağlı Goranboy rayon Təhsil Şöbəsinə və aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, məsələnin həlli istiqamətində tədbir görülməyib.
Valideynlər bildirirlər ki, hər il məktəbin ərazisində və siniflərdə bir neçə dəfə ilan öldürüblər.
“Xoşbəxtlikdən məktəbdə hələ ki, şagirdlər arasında ilansancma hallarına rast gəlinməyib”, - valideynlərdən biri bildirib.
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.12.16, 07:48