Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

`Şahbaz Quliyev ölə bilər

”Sonuncu məhkəmədə kəkələyirdi, ayaq üstə sərbəst dura bilmirdi, gözləri saralmışdı...”

Ermənistanda keçirdiyi cərrahiyyə əməliyyatı Şahbazın ölümünə səbəb ola bilər. Bunu ermənilər tərəfindən doğma torpağı Kəlbəcərdə əsir götürülmüş Şahbaz Quliyevin yaxın dostu, keçmiş döyüşçü, astroloq Səbuhi Rəhimli deyib. 

Xəbər verdiyimiz kimi, öd kisəsinin xroniki çatışmazlığından əziyyət çəkən Şahbaz Quliyev, Xankəndindəki xəstəxanalardan birində cərrahiyyə əməliyyatı olunub.

Səbuhi Rəhimli onun vəziyyətinin ürəkaçan olmadığı qənaətindədir: 

“Şahbaz Qulievdə hepatit-C xəstəliyi olması sirr deyil. Ciddi həkim nəzarəti altında olmalıdır. Mən həkim deyiləm, lakin Hepatit-C daşıyıcısı olan kifayət qədər insan tanıyıram. Səhəttləri ilə bağlı ən xırda diqqətsizlik, həyatlarının sonu ola bilər. Bu baxımdan Şahbaz, hər şeydən məhrumdur. Bildiyim qədər bu virusun daşıyıcıları üçün əməliyyat olunmaq həyati risk daşıyır. Nəzərə alsaq ki, əməliyyatı həyata keçirən həkimlər ermənilərdir, onda oturub Şahbazın ölümünü gözləməliyik”.



Xatırladaq ki, Kəlbəcərdə doğma torpaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24