Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovaya verilən pul cəzası ilə bağlı apellyasiya şikayətinə baxılıb. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin istintaqla aparılması barədə vəsatət verilib, lakin məhkəmə vəsatəti təmin etməyib. Proses mayın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu bildirib məhkəməyə müraciət edib. X.İsmayıla Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist və vəkilləri apellyasiya şikayəti verib./lentaz/
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi