Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Saakaşvili 8 il cəza çəkəcək?

Tiflisdə Gürcüstanın keçmiş prezidentinin məhkəməsi başlayıb
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tiflisdə məhkəməsi başlayıb.

M.Saakaşvili və onun bir sıra yaxın tərəfdaşı - keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş ədliyyə naziri Zurab Adeişvili və Tiflisin keçmiş meri Gigi Ugulava müxalifətin 2007-ci il noyabrın 7-də dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Hazırda Ukraynada vəzifə daşıyan eks prezident məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib.
M.Saakaşviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla 3 cinayət işi açılıb. O, təqsirli bilinsə ona 8 il həbs cəzası veriləcək.

Xatırladaq ki, hazırda Ukrayna prezidenti yanında İslahatlar Şurasının sədri olan M.Saakaşvilini Kiyev hökuməti Tiflisə vermək istəmir.
473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Rusiyada saxta nik