Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2015

Kim Çen İn ABŞ-la bağlı qorxunc planını açıqladı

“Verəcəyimiz cəza ABŞ-ın yox olmasıyla nəticələnəcək”.

Bu sözlər Şimali Koreyanın rəsmi qəzeti “Rodon Shinmun”da yayımlanan məqalədə yer alıb. Məqalədə ABŞ nüvə silahı ilə hədələnib:

“Şimali Koreya yalnız Cənubi Koreyaya deyil, Sakit okean bölgəsi də daxil olmaqla ABŞ-a da nüvə silahı ilə hücum edə bilər. Liderimiz Kim Çen İn ABŞ-ı öz torpaqlarında məğlub etməyə qərarlıdır. Verəcəyimiz cəza ABŞ-ın yox olmasıyla nəticələnəcək”.

ABŞ rəsmiləri Şimali Koreyanın minumum 5,5 min km məsafədə, yəni Alyaskaya nüvə başlıqlı raket atmaq imkanlarına sahib olduğunu bildirib. Lakin raketin hələlik sınaqdan çıxarılmadığı üçün istifadə ehtimalının aşağı olduğu iddia edilib.

ABŞ-ın Cənubi Koreyada yerləşən Hərbi Qüvvələrinin komandiri Surtis Skaparotti isə Şimali Koreyanın hazırda nüvə silahı ata biləcək imkanları olduğunu söyləyib./axar/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber