Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

29 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir.
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"