Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Ukraynada yeni böyük fəlakət

Hökumət ehtiyat edir ki, ölkədə ikinci Çernobıl faciəsi yaşana bilər
Çernobıl yaxınlığında meşə yanğını ilə əlaqədar Ukrayna daxili işlər naziri Arsen Avakov Milli Qvardiyanı həyəcan siqnalı ilə ayağa qaldırıb.

Bu haqda Avakov Facebook səhifəsində bildirib.

Bundan başqa Avakov qeyd edib ki, yanğının Çernobıl Atom Elektrostansiyasına getdikcə yaxınlaşması vəziyyəti daha kəskinləşdirib.

Ukrayna hökuməti ehtiyat edir ki, ölkədə ikinci Çernobıl faciəsi yaşana bilər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Fövqəlada Hallar üzrə Dövlət xidmətinin rəhbəri Zoryan Şkiryak ölkədə güclü yanğınların baş verməsi haqqında açıqlama vermişdi./ans/
512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı