Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Moskvada reyd: 3500 miqrant saxlanıldı

Moskva polisi keçirilmiş “miqrant-axtarış” əməliyyatı zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 3,5 minədək xarici vətəndaşı saxlayıb. “TASS”-ın verdiyi xəbərə görə, kompleks profilaktik tədbirlər Rusiya paytaxtında aprelin 17-dən keçirilir.

Əməliyyat zamanı miqrantların yaşadığı 460-dan çox yataqxana yoxlanılıb. “Altı gün ərzində cinayətlərdə əlaqəli olub-olmadıqlarını yoxlamaq məqsədilə 42 mindən çox xarici vətəndaş polis bölmələrinə gətirilib. Onlardan 3,5 min şəxs miqrasiya qanunvericiliyinin tələblərini pozub, 2 min nəfər barəsində ölkədən çıxarılmasına dair qərar verilib”, deyə məlumatda bildirilir .

Əməliyyat zamanı 47 nəfər ağır və xüsusi ağır cinayətlər törətməkdə şübhəli şəxs qismində saxlanılıb./apa/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber