Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Nepalda kişi zəlzələdən 80 saat sonra xilas olundu

Nepalda xilasedicilər 7,9 bal gücündə zəlzələdən 80 saat sonra uçmuş binanın dağıntıları altından bir kişini xilas edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər 28 yaşlı Rişi Kxanalı paytaxt Katmanduda uçmuş 7-mərtəbəli binanın dağıntıları altından çıxarıb. Zəlzələ baş verən an o binanın 2-ci mərtəbəsində olub. İlkin məlumata görə, uçmuş binanın dağıntıları altında qalmış Rişi Kxanalının ayağı sınıb.

Son məlumata görə, Nepalda aprelin 25-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 5000-ə, xəsarət alanların sayı isə 10000-ə çatıb.
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP