Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Terrorçuların qaçırdığı 200 məktəbli qız azad edildi

Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının silahlıları tərəfindən girov götürülən 200 məktəbli qızı və 93 qadını azad edib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Sky News nəşri məlumat yayıb.

Ordu nümayəndələri xüsusi əməliyyat zamanı terrorçuların 3 düşərgəsinin məhv edildiyini qeyd edib.

Şahidlər terrorçulardan azad edilmiş Damasak şəhərinin küçələrində yüzlərlə naməlum dinc sakinin cəsədlərinin olduğunu bildirir.

Xatırladaq ki, “Boko Haram” qruplaşması keçən ilin aprelində Nigeriyanın şimal-şərqində Şibok şəhərindəki orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlamışdı./apa/
532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...