Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

PKK-nın önəmli adamı dəfn edildi, Türkiyə qarışdı

Polis nümayişçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb

Suriyanın Kobani şəhərində İŞİD və kürd silahlıları arasında gedən döyüşlərdə öldürülüşmüş PKK-nın önəmli simalarından olan kod adı "Sımko Çarçela" olan Serbest Kartal Türkiyənin Yüksekova vilayətində basdırılıb.

26 Oktyabr 2014-cü ildə öldürülən "Simko Çarçela"nın dəfnindən sonra qarşıdurmalar yaşanıb. Qarşıdurmalarda üstündə tüstü şaşkası daşıyan 1 nəfər yaralanıb.

Dəfn mərasiminə Şırnakdan olan millət vəkili və HDP-nin Hakkari 1-ci dairəsindən namizəd olan Selma Irmak və HDP-nin deputatlığa namizədləri Nihat Akdoğan, Abdullah Zeydan, Yüksekova Bələdiyyə Başqanı Ruken Yetkin, HDP və DBP partiyalarının rəhbərləri də qatılıb.

Cənazənin torpağa verilməsindən sonra bir qrup şəhərin mərkəzindəki Cengiz Topel Prospektində toplanaraq yolda barrikadalar quraraq şuarlar səsləndirib. Polis nümayişçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə dağıtmağa başlayıb. Aksiya iştirakçıları da polisə daş, molotof kokteli və fişənglər atıb. Qarşıdurmalarda silah səsləri də eşidilib.
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber