Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Güllələnən əsgər Əliyevə müraciət etdi

Tovuzda yerləşən N saylı hərbi hissədə komandiri tərəfindən güllələndiyini deyən əsgər Çingiz Tarverdiyev videomüraciət yayıb. Onun müraciəti Ilham Əliyevə ünvanlanıb. Çingiz Tarverdiyev ciddi müalicəyə ehtiyacı olduğunu deyərək Əliyevdən bu yöndə ona yardım etməsini xahiş edir.
Çingiz Tarverdiyev bir daha bildirib ki, komandiri tərəfindən güllələnib. Onun guya intihar etməsi barədə deyilənlər əsassızdır. Çingiz Tarverdiyevin atası Aydın Tarverdiyev də bildirib ki, əgər oğlunun başqası tərəfindən güllələndiyinə inanmırlarsa, o zaman buyurub ekspertiza keçirsinlər. Aydın Tarverdiyev əlavə edib ki, əgər onun və oğlunun müraciətlərinə əhəmiyyət verilməyəcəksə o zaman Azərbaycanı tərk edəcək.
Xatırladaq ki, Çingiz Tarverdiyev güllələndikdən dərhal sonra Gəncə şəhər hərbi hospitalına aparılıb. Bir müddət komada olan Çingiz Tarverdiyev sonradan ayılıb və komandiri tərəfindən güllələndiyini deyib./azadlıq/
448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42