Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

"Yəmən, İraq, Suriya və Misirdəki hadisələr Böyük Yaxın Şərq layihəsinin bir hissəsidir"

Türkiyənin Furqan Vəqfinin qurucusu və sədri Alparslan Kuytul, Yəmən, İraq, Suriya və Misirdəki bütün hadisələrin Böyük Yaxın Şərq layihəsinin bir hissəsi olduğunu bildirib.

Deyerler.org-un Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Alparslan Kuytul, "Koalisiya qüvvələrinin Yəməni işğal etməsini necə qiymətləndirirsiniz?” sualını cavablandırarkən bildirib:

"Bu günə qədər Səudiyyənin müharibəyə girdiyini görən olub? Səudiyyə rahatlığını nəzərə alan bir dövlətdir. Necə ola bilər ki, müharibə etməyə başlasın? Səudiyyənin kimin tabeliyində olduğu hamıya çox yaxşı məlumdur. Bu gün Amerikanın İsraillə də bəzən problemləri olur. Ancaq Səudiyyə Ərəbistanı ilə heç vaxt problemi olmur. Kimin əmri ilə hərəkətə keçdiyini siz ehtimal edin. Amerika da havada koalisiya ölkələrinin döyüş təyyarələrinin yanacaqlarının doldurması ilə məşğuldur.

Yəmən, İraq, Suriya və Misirdəki hadisələr Böyük Yaxın Şərq layihəsinin bir hissəsidir.

Yadınıza salın! Kondaliza Rays 22 ölkədə rejimi dəyişdirəcəklərini açıqlamışdı. Bütün bu baş verənlər bununla bağlıdır. Amerika, İraqda məzhəb müharibəsini başladıb. Özü də çəkilib kənardan məzhəb müharibəsini qızışdırır. Bir gün şiə məscidində bomba partlayır, bir gün də sünni məscidində bomba partlayır. Nə sünni şiə məscidinə bomba qoyur, nə də bir şiə sünni məscidinə bomba qoyur. Kimlərsə mütəmadi aranı qarışdırır.

Şiələr də, sünnilər də diqqətli olmalıdırlar. Bu oyunu dəyişməliyik. Yoxsa böyük bir məzhəb müharibəsi başladacaqlar. Layihə artıq meydandadır".
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...