Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Saakaşvili Bakıda: Tiflis isə onu istəyir

“Mən xoşbəxtəm ki, yenidən qardaş Azərbaycandayam”.

Bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.

O, Bakıya həm də Ukraynanın rəsmi nümayəndəsi kimi də təşrif buyurduğunu bildirib:
“Gürcüstan artıq bütün ölkələrlə münasibətlərini pozub. Ölkəni iqtisadi böhran bürüyüb. İvanişvili rejimi Gürcüstanı öz nəzarəti altına alıb. Tiflis artıq istənilən ölkə üçün zəif partnyora çevrilib. Hazırkı Gürcüstan hakimiyyəti heç kimlə dostluq etmək qabiliyyətində deyil”.

Qeyd edək ki, dünən “virtualaz.org” saytı rəsmi Bakının Saakaşvilini Gürcüstana təhvil verməsi ilə bağlı Zakir Qaralova məktub ünvanladığı haqqında informasiya yaymışdı.
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı