Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

4 qollu və 4 ayaqlı uşaq doğuldu - Foto

Hindistanda növbəti dəfə görənləri təəccübləndirən doğum hadisəsi baş verib.

Yeni dünyaya gələn və hələlik adı qoyulmayan oğlan uşağının 4 qolu və 4 ayağı var.

Həkimlər hesab edirlər ki, bu, bir-birindən ayrılmağı başa vurmamış əkiz körpələrdir.

Körpəni görməyə gedən jurnalist, ilk dəfə şəklini görəndə bunun photoshop olduğunu düşündüyünü, həqiqət olduğunu biləndə isə uşağı görməyə gəldiyini deyib.

Körpənin anasının səhhəti barədə isə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl də Hindistanda bu cür doğum hadisəsi baş vermiş, "bxaqavat qita"nın çox qollu və çox ayaqlı tanrısına bənzədilən bu körpənin yerlilər tərəfindən müqəddəs olduğuna inanılırdı.


810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...