Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Ərəbistan zabit və əsgərləri Yəmənlə sərhəd məntəqələrindən qaçırlar!

Nur-az.com shia-news.com-a istinadən:

Avropada yayılan bir sıra informasiyalara əsasən, Әrəbistanın hələlik atəşkəslə razılaşması Yəmənlə sərhəd zonalarındakı hərbi düşərgələrdən çoxlu sayda qüvvələrin xidmətdən yayınması və qaçması ilə əlaqədardır. Xəbərdə bu məlumatın Qərbin bəzi kəşfiyyat orqanlarının Әrəbistanın müdafiə nazirliyində gedən proseslərə nüfuzu vasitəsilə əldə edildiyi bildirilir. Yayılan məlumatlara əsasən, hazırda Әrəbistan üzrə hərbi xidmətdən yayınan zabit və əsgərlərin sayının on minə çatdığı qeyd edilir və bu hallar sərhədyanı bölgələrdəki düşərgələrdə daha artıq müşahidə olunur. 

Hərbi ekspertlərin fikrincə, hal hazırda Әrəbistan nizamlı orduya malik olmadığından hərbiçilərdə müharibəyə hazırlıq və cəsarət hissi qətiyyən yoxdur və onların Yəməndə baş verən inqilabdan sonra Abdullah Salehin hakimiyyətdən uzaqlaşdırılması dövründən başlayaraq indiyədək hər hansı üzbəüz döyüşləri məğlubiyyətlə üzləşib və Yəmənə piyada qoşun yeritməyi isə intihardan başqa bir şey deyil. Belə bir şəraitdə ölkənin cənub bölgələrindəki şəhərlərin süqutu və parçalanma ehtimalı labüd görünür. Digər tərəfdən, sərhədyanı məntəqələrin dağ massivləri ilə kəsişməsi Yəmənə hər hansı piyada qoşun yeridilməsinin qarşısını almaqda son dərəcə strateji əhəmiyyətə malikdir.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber