Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Ermənilər şəhid əsgərimizin meyitini qaytardılar

Orxan Şəmilovun meyiti bu gün Ağdam rayonu ərazisində təhvil verilib

Noyabrın 16-da gecə cəbhənin Füzuli istiqamətində, qoşunların təmas xəttində baş verən atışma nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Şəmilov Orxan Fərhad oğlunun meyiti bu gün Azərbaycan tərəfə qaytarılıb.

Meyitin qaytarılma prosesi bu gün saat 15.10 radələrində Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində qoşunların təmas xəttində baş tutub. Meyitin qaytarılmasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, noyabrın 16-da qoşunların təmas xəttində ermənilər atəşkəsi pozan vaxt döyüş növbəsi çəkən əsgər Şəmilov Orxan Fərhad oğlu düşməni susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam edəndən sonra əsgər atəş aça-aça düşmənə doğru irəliləyib. O, düşmənin iki əsgərini məhv edib, sonda isə özü həlak olub.

Düşmən öz hərbçilərinin meyitini aparsa da, O. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb.

O. Şəmilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb./apa/
671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber