Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Milli Şura 3 may mitinqinə 50 min adam çağırıb

“Mitinqlərə fasilə verilsə və ya kütləvilik olmasa, növbəti devalvasiya olacaq”

Milli Şuranın sessiyası keçirilib. Sessiyada əsas müzakirə mövzularından biri mayın 3-nə təyin olunan mitinqə hazırlıq məsələsi olub. “Talana son” şüarı ilə “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan mitinqə hazırlığın normal getdiyi qeyd olunub. AXCP sədri Əli Kərimli bildirib ki, hakimiyyət müxalifətin mitinqlərini və Avropa Oyunlarını gözləyir. Mitinqlərə fasilə verilsə və ya mitinqlərdə arzuolunan kütləvilik olmasa, növbəti devalvasiya olacaq:

“Bu mitinqlərdən ona görə bir az çəkinirlər ki, birdən növbəti mitinqlərə xalq kütləvi şəkildə qoşular. Ona görə inzibati qaydada gördükləri antiböhran tədbirləri ondan ibarətdir ki, monopolistlərə gücləri çatmır xırda ticarətçiləri əzirlər. Onları məcbur edirlər ki, qiymətləri bir az da sabit saxlayın və kənardan kredit axtarırlar. Bütün avtoritar, totalitar sistemlərdən kredit alırlar. Qərb krediti istəmirlər, çünki onlar hesabat, şəffaflıq tələb edirlər. Artıq ”Azərenerji"nin 4 milyard borcu var idi, yenidən 1 milyard da alırlar. Sonra çıxıb deyəcəklər ki, “Azərenerji” batır, işığın qiymətini qaldırmaq lazımdı.

Ona görə də hesab edirəm ki, Milli Şura olaraq, Azərbaycanın aparıcı müxalifəti olaraq öz vəzifələrimizə bir daha diqqət yetirməliyik. Məmnunluqla ifadə etmək istəyirəm ki, şərtlərimiz ağır, resurslarımız məhdud olsa da hazırda bu ölkədə məhz Milli Şura müxalifət vəzifəsini yerinə yetirir. Bizim bu yaz keçirdiyimiz mitinqlər çox yerində olan, kifayət qədər yaxşı və kütləvi tədbirlər idi. Hesab edirəm ki, bu şərtlər altında nə edilməliydisə Milli Şura onu edir. Ona görə də may ayının 3-nə növbəti mitinqi təyin etmişik".

Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli isə moderator.az-a deyib ki, mitinqin şüarları dəyişməyib: “Biz yenə də ”Talana son", “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları”, “Avropa Birliyi ilə Assosiasiya sazışı” kimi tələblərlə çıxış edəcəyik. Təəssüf ki, bu günədək heç bir tələbimizin reallaşması istiqamətində əməli addımların şahidi olmamışıq, halbuki bunu təkcə Milli Şura olaraq biz yox, Azərbaycanın təxirəsalınmaz və köklü maraqları tələb edir. Yenə də mitinqimiz sosial ağırlıqlı olacaq. İnsanların həyat şəraitinin günü-gündən pisləşməsinə, yoxsulluğa, işsizliyə, devalvasiyaya, kütləvi ixtisarlara etiraz edəcəyik.

Milli Şura mart və aprel aylarında iki izdihamlı mitinq keçirib. Bu, yaz kampaniyası çərçivəsində keçirəcəyimiz üçüncü mitinq olacaq. 3 may mitinqinin BŞİH-lə razılaşdırılması ilə bağlı problem olacağını düşünmürəm. Xatırlayırsınızsa, Müsavat Partiyasına yürüş keçirməyə icazə vermədikləri halda, mitinqlə bağlı etiraz olmadığını bildirmişdilər. Hər halda, hakimiyyət mitinqin kütləviliyinin qarşısını almaq məqsədilə müəyyən addımlar atsa da, mitinqin razılaşdırılması ilə bağlı problem yaranmayıb. Bu dəfə də istisna olmayacağına ümid edirəm".

AXCP təşkilat komitəsinin rəhbəri Rafiq Daşdəmirov isə bildirib ki, mitinqlə bağlı artıq bütün təşkilatı işlər hazırdır: “Şüarlar əvvəlki iki mitinqdə olduğu ilə eynidir. Hesab edirik ki, bu dəfə digər partiyaların gənc üzvləri də mitinqdə iştirak edəcəklər. Kiməsə konkret dəvətə gəlincə, mən özüm şəxsən sosial şəbəkələr vasitəsilə hər kəsə müraciət etmişəm. Elə Cəmil Həsənli də bir neçə şəxslə bu barədə danışıb. Bakı Şəhər İcra Hakimiyyətindən cavab aldıqdan sonra digər texniki işlərə başlayacağıq. Milli Şuranın mitinqinə 50 mindən çox adam çağırılıb”.

Qeyd edək ki, Milli Şura sonuncu mitinqini 5 aprel tarixində keçirib./musavat/
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı