Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

Bakı şəhərində 20 yaşlı gənc məktəbli qızı öldürüb

Paytaxtın Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 81 ünvanında qeydə alınıb.

Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İ. Hüseynov tutulub.

Polisdən həmçinin bildirilib ki, A. Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub./apa/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23