Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Nepalda etirazçılar yolları bağladı

Nepalın paytaxtı Katmandu şəhərində 200-ə yaxın etirazçı şəhərin mərkəzində yolları bağlayaraq hökumətə qarşı şüarlar səsləndirib.

“Euronews”-un verdiyi xəbərə görə, etirazçılar ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkənlərə yardım göstərilməsini tələb ediblər.

Aksiya iştirakçıları hökuməti lazımi tədbirlər görməməkdə günahlandırır. Polislə etirazçılar arasında xırda toqquşmalar baş verib.

Qeyd edək ki, Nepalda zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan olunub.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...