Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Braziliyada iğtişaşlar: 170 yaralı

Braziliyanın Parana ştatında kütləvi iğtişaşlar nəticəsində 170 nəfər xəsarət alıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, insident ştatın paytaxtı Kuritiba şəhərində qeydə alınıb.

Məlumata görə, sosial təminat sisteminin islahatına qarşı çıxan müəllimlər və onlara qoşulan digər dövlət qulluqçuları ştatın qanunverici orqanının binasına hücum etməyə cəhd edərkən polisin müqaviməti ilə rastlaşıblar.

Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Yaralılardan 20-nin polis olduğu bildirilir.
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP