Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Baltimorda daha 34 nəfər saxlanıldı

ABŞ-ın Baltimor şəhərində iğtişaşlarda iştirak etdiklərinə görə daha 34 nəfər həbs edilib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə şəhər polisinin nümayəndəsi Erik Kovalçik bildirib.

“Saxlanılanlardan 33 nəfər böyük, 1 nəfər isə həddi-buluğa çatmamış şəxsdir”, deyə E.Kovalçik bildirib.

Onun sözlərinə görə, hazırda Baltimorda dinc şəkildə piket keçirilir. “Hüquq-mühafizə orqanları şəhərdə ictimai asayişi qorumaq üçün kifayət qədər imkana malikdir”, E.Kovalçik vurğulayıb.

Bundan əvvəl polislə etirazçılar arasındakı toqquşmalar zamanı 200 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, Baltimorda toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub./apa/
532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber