Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Avropa Oyunlarına xərclənən pula səhiyyə sistemini 5 il maliyyələşdirmək olar

“Avropa Oyunlarına görə dövlət orqanlarında çalışanların pulları kəsilir”

“Azərbaycanda ilk Avropa Oyunlarının açılış mərasiminə hər şey hazır görünür. Ancaq böyük bir sual hələ də açıq qalır: Azərbaycan bütün bunların pulunu necə ödəyəcək?”.
EurasiaNet saytı yazır ki, bu yaxınlara - dünyada neftin qiyməti düşənə və manat devalvasiyaya uğrayana qədər, Cənubi Qafqazın ən varlı ölkəsi hesab sarıdan elə də narahat deyildi. Yəni, bu, Avropa Oyunları kimi layihələrə nağd pulun azalması deməkdir. Oyunlara görə büdcə hazırlananda, neftin qiyməti 110 dollar idi. Indi isə “Brent” xam nefti 65 dollara düşüb.ÿ
Məqalədə oyunlara xərclənən mübahisələri rəqəmlərdən söz açılır. Rəsmilər 962 milyon dollar deyir, kənar müşahidəçilər daha böyük məbləğ səsləndirirlər. Iqtisadçı Rövşən Ağayev Avropa Oyunlarına büdcədən 3.55 milyard dollar xərcləndiyini bildirir.
“Standart Olimpiya oyunları ilə müqayisədə bu rəqəmlər nisbətən kiçik görünür. Londonda 2012-ci il yay Olimpiya oyunları 14.6 milyard dollara başa gəlmişdi”,- müəllif yazır.ÿ
Anonim danışan bəzi iqtisadçılar iddia ediblər ki, hökumət dövlət idarələrində çalışanlardan, məsələn, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi işçilərinin maaşlarından kəsir ki, xərcləri ödəyə bilsin. Gömrük Komitəsinin bir əməkdaşı EurasiaNet-a deyib ki, işçilərin aylıq, qeyri-rəsmi bonusları da kəsilib, bəzən bu ödəniş orta səviyyəli rəsminin ayda aldığı 670 manatı da ötürdü. Həmin şəxsin bildirdiyinə görə, ödənişlər Avropa Oyunlarından sonra bərpa olunacaq.
Gömrük Komitəsinin təmsilçilərindən şərh almaq mümkün olmayıb, Vergilər Nazirliyinin sözçüsü isə məlumatı təkzib edib.
Müəllif ölkənin maliyyə problemlərinin qaçılmaz olduğunu yazır. Neftin qiyməti də düşdükcə, hökumət Neft Fonduna üz tuta bilər. “Biz şey dəqiqdir: 16-günlük Avropa Oyunları xərcini ödəyə bilməyəcək”.
Iqtisadçı Rövşən Ağayev deyir ki, bu oyunlara xərclənən pula ölkə səhiyyə sistemini 5 illiyə, təhsil sahəsini 2 il yarıma maliyyələşdirə və ya bütün kənd yollarını bərpa edə bilərdi./azadlıq/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber