Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Müqtəda Sədr ABŞ-ı hədələdi

Müqtəda Sədr Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədələdi.

İraqlı şiə lider Müqtəda Sədr ABŞ Konqresinin İraqdakı kürd və sünniləri ayrı iki dövlət kimi göstərən bir qərar çıxaracağı təqdirdə onların İraqda və xaricdəki bütün mənafelərini vurmaqla hədələyib.

Onun fikrincə belə bir qərarın verilməsi İraqın bölünməsi üçün başlanğıc olacaq.

Bundan başqa, İraqın baş naziri köməkçisi Bəha əl-Araci də ABŞ Konqresinin “İraqın bölünməsini” göstərən hansısa qərarlarını qəbul etməyəcəklərini bəyan edib.

Digər tərəfdən ABŞ-ın Bağdad səfirliyindən verilən açıqlamada ölkəsinin İraq hökumətinə bütün sahədə yardımlar göstərəcəyi, eləcə də İraqın birliyi üçün əllərindən gələni edəcəkləri vurğulanır./ans/
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16