Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Milli Şura 150 min insanı mitinqə dəvət edəcək

İndiyə qədər 70 min nəfərə çağırış edilib, proses davam edir

Milli Şura mayın 3-də keçirəcəyi mitinqə ciddi şəkildə hazırlıq görür. Siyasi birliyə daxil olan partiya və təşkilatlar yerli qurumlarla koordinasiyalı şəkildə hərəkət edərək, geniş təbliğat işləri aparırlar. Şura fəalları həmçinin sosial şəbəkələrdə də aktiv şəkildə təbliğat aparırlar.

Belə ki, Facebook-da yaradılmış «Talana Son» eventini idarə edənlər qısa müddətdə 70 min nəfərdən artıq şəxsə mitinqə qatılmaları üçün müraciət göndərib. Onların 2000 nəfərə qədəri artıq aksiyaya qatılacağı barədə qəti qərarını verib. Digər qism isə ya cavab verməyib, ya da niyyətini bildirməyib.

Milli Şura tərəfdarları təkcə sosial şəbəkələr vasitəsi ilə 150 min nəfərə 3 may mitinqi ilə bağlı çağırış göndərmək fikrindədir. Bu rəqəmin daha çox olması üçün zaman darlığının olduğu deyilir və bildirilir ki, əgər vaxt az olmasaydı, eventə qoşulmaları üçün 200 mindən artıq insanın cəlbi üçün çalışa bilərdilər.
463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı