Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

İranlılar ABŞ-ın hərbi təhdidinə cizgi filmi ilə cavab verdilər

“Müzakirə masası” açıqlaması bu günə kimi o qədər səsləndirilib ki, artıq sözügedən ifadənin ciddiliyi tamamilə aradan gedib

Artıq 30 ildən çoxdur ki, ABŞ hökumətinin İrana hərbi müdaxilə edib-etməyəcəyi dünya siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib. Sözügedən məsələ ilə bağlı bu günə qədər ABŞ prezidentlərinin və dövlət katiblərinin verdiyi ən məşhur açıqlama isə “İrana hərbi müdaxilə müzakirə masasındadır” – çıxışıdır. “Müzakirə masası” açıqlaması bu günə kimi o qədər səsləndirilib ki, artıq sözügedən ifadənin ciddiliyi tamamilə aradan gedib.

Zaman-zaman İran rəsmiləri tərəfindən də ABŞ-ın onlara qarşı hər hansı bir hərbi müdaxiləyə cürət edə bilməyəcəyinə dair açıqlamalar verilib. Onun nəticəsidir ki, 30 ildən çoxdur ABŞ yalnız quru açıqlamalar verməklə kifayətlənməyə çalışır.

İranlı rejissorlar da öz növbələrində məlum müzakirə masası ifadəsi ilə bağlı komediya tipli cizgi filmi lentə alıblar. Sözügedən film qısa bir zaman ərzində böyük marağa səbəb olub./İnterAz/


677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP