Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

İraq ordusu daha 90 İŞİD ünsürünü məhv etdi

İraq ordusu könüllü xalq qüvvələrinin birgə dəstəyilə İraqın müxtəlif məntəqələrində terrorçulara qarşı keçirdiyi əməliyyatlarda 90-dan artıq İŞİD terrorçusunu öldürüb.

PressTV-nin verdiyi xəbərə görə, İraq Müdafiə Nazirliyinin verdiyi açıqlamada İraq əsgərlərinin Fəllucədən 16 kilometr şimal-şərqdə yerləşən Əl-Kramah şəhərində keçirdiyi əməliyyat zamanı terrorçuların 4 sığınacağını məhv edərək 61 terrorçunu öldürüblər.

Əməliyyat zamanı terrorçulara məxsus bomba və partlayıcı maddələrlə yüklü 4 Hammer tipli zirehli avtomobil və ağır çaplı pulemyotlar quraşdırılmış 6 ədəd pikap tipli avtomobil də məhv edilib.

Bununla bərabər İraq qüvvələri tərəfindən 104 əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirilib və əməliyyat zamanı 24 minalanmış ev minalardan təmizlənib.

İraq əsgərləri, həmçinin paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşən Ramadi şəhərində keçirdikləri əməliyyatda 30 İŞİD terrorçusunu öldürüb və bomba quraşdırılmış bir yük maşınını da partladıblar.

Bundan əlavə Səlahəddin əyalətinin Bayci neft emalı zavodu ətrafında İraq hökumət qüvvələri ilə İŞİD yaraqlıları arasında gedən ağır döyüşlərdə 3 İŞİD terrorçusu öldürülüb, bir neçəsi isə yaralanıb./deyerler/
535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP