Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

"Heç kəs Yəməni xaricdən idarə edə bilməz"

İran xarici işlər naziri Yəməndəki böhranın daxili qruplarla həll edilməli olduğunu bir daha qeyd edərək xarici ölkələrin bu prosesə müdaxilə etməsini düzgün saymadığını dilə gətirib.

Sputnik-in verdiyi xəbərə görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  Nyu Yorkda keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlama verib.

"Yəmən xalqı, gələcəyinin necə olmasına özü qərar verməlidir. Bu, ölkə daxilində yəmənlilərin idarə etdiyi bir proses olacaqdır. Biz sadəcə bu prosesə kömək edə bilərik".

Məhəmməd Cavad Zərif Yəməndə elan olunan atəşkəsin sözdə qaldığını və humanitar vəziyyətin fəlakət həddinə çatdığını vurğulayıb. O, Yəmənə humanitar yardım aparan İran təyyarələrinə Səudiyyə Ərəbistanı tərəfindən maneə törədildiyini də bildirib.

İranın Yəməni idarə etməyə çalışması ilə bağlı verilən sual Zərif, "heç kəs Yəməni xaricdən idarə edə bilməz" cavabını verib./deyerler/
642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 10:18