Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

29 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Noyabrın 29-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 02-dək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdləri, güclü şimal-qərb küləyinin cənub-qərb küləyi ilə tez-tez əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
2043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP