Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Bakıda qəzada ölən və yaralananlar var

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Binqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 07:45-də Azadlıq prospektində, Rəsulzadə qəsəbəsinə gedən yolda baş verib.

Həmin ərazidə "VAZ-2107"markalı avtomobillə "VAZ-21015" markalı maşın toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə polis, dövlət yol polisi, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəza baş verən ərazidə böyük tıxac yaranıb.

Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü sıxılmış avtomobildə qalaraq dünyasını dəyişib.

Dİgər yaralılar Kliniki Tibbi Mərkəzə göndəriliblər./ans/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı