Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

Bakıda avtobus dəhşətli qəza törətdi: məktəbli öldü

88 saylı avtobus 13 yaşlı məktəblini vurub

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib. Nəsimi rayonu, Azadlıq prospektində "Çinar" MMC-yə məxsus olan və 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı, 90 TH 414 nömrəli avtobus 10-12 yaşlı oğlanı vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində ölən piyadanın 2002-ci il təvəllüdlü Məmmədov Murad Həsən oğlu olması müəyyən edilib. Onu vuran avtobusun sürücüsü, Gəncə sakini Atayev Seymur Taryel oğlu polis bölməsinə aparılıb./lentaz/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:41