Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

5 gün sonra dağıntılar altından sağ çıxdı

Bu görüntülər insan həyatının nə qədər dəyərli olduğunu bir daha göstərir
Nepalda bir adam baş verən zəlzələdən 5 gün sonra dağıntılar altından sağ çıxıb.

Tapılan şəxs 15 yaşlı bir gəncdir. Xoşbəxt gəncin adının Pema Lama olduğu bildirilir. Xilasedicilər onu paytaxt Katmandudakı "Hilton" otelinin dağınmtıları altından çıxarıblar.

Pema tapılandan sora nepallı xilasedicilər onu tapan adamı çiyinlərinə alaraq sevinclərini belə ifadə ediblər.

Qeyd edək ki, zəlzələ nəticəsində 5 mindən çox insan öldüyü halda, bəzən möcüzəli şəkildə günlər, saatlar sonra sağ çıxarılanlar da olur. Məsələn, 4 aylıq körpə 22 saat sonra dağıntılar altından sağ-salamat çıxarılıb. Maraqlıdır ki, körpəni görən xilasedicilər onun öldüyünü düşünüb başqa dağıntılara tərəf yönəlmişdilər. Lakin qəfildən ağlama səsi eşidən adamlar geri qayıtdılar və körpənin sağ olduğunu bilib onu xilas etdilər./ans/
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP