Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Bakının 2500 küçəsinin ünvanı yoxdur

Küçə və ünvan adlarının olmaması insanlara problemlər yaradır ki, yüzlərlə vətəndaş adsız küçələrdəki ünvanları tapmaqda çətinlik çəkir.
Əhalinin sayı artdıqca yeni salınan yaşayış massivləri də çoxalır. Bəzən bu massivlərdə 10-15 il yaşayış olmasına baxmayaraq ünvan verilmir. Təkcə paytaxt ərazisində 2500 ünvansız küçə var. Ünvan reyestrinin aparılması səlahiyyətinə malik olan Əmlak Məsələləri Dövlət Komitəsi bu problemin həlli istiqamətində artıq müəyyən işlər görüb.

"Biz 1000 küçəyə ünvan vermişik.10 prospektə yeni dizaynla adlar yazılı lövhələr yapışdırılıb. 20 küçəyə yeni adlar verilib” – deyə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov qeyd edib.
Sədr müavini, sovetlər dönəmindən qalan ünvan vermə qaydaları sisteminin təkrarçılığa yol verilməklə bir çox problemlərin yaranmasına səbəb olduğunu deyir. Bu səbəbdən köhnədən qalan, müasir tələblərə cavab verməyən sistem yenidən işlənib hazırlanıb.

“Yeni qayda ilə elə hazırlamışıq ki,ünvan bir dəfə veriləcək və küçə adı dəyişsə belə, ünvan dəyişməyəcək rəqəmlərlə olacaq”.
Paytaxtdan başqa Sumqayıt və Gəncədə də artıq ünvan vermə prosesi həyata keçirilib. Yaxın illər ərzində bu proses respublikanın bütün bölgələrində ardıcıl şəkildə davam etdiriləcək.
1982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı