Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

"Könüllü xalq birliklərindən ibarət 75 min döyüşçü hazır vəziyyətdədir"

Ənsarullah Hərəkatı silahlı qüvvələrinin mətbuat katibi polkovnik Şərəf Qalib Luqman Yəmənin könüllü xalq qüvvələrinin Səudiyyənin hücumlarına qarşı ölkələrinin sərhədlərini müdafiə etməyə hazır olduğunu açıqlayıb.
Polkovnik Şərəf Luqman Yəmən daxilində 75 min nəfərdən ibarət olan xalq müqavimət qüvvələrinin dörd diviziya çərçivəsində və 100 nəfərlik əməliyyat qrupları şəklində Səudiyyənin hücumlarına qarşı təşkilatlandığını bildirib.
Luqman bu addımın Yəmən ordusunun komandirləri ilə Ənsarullah liderləri arasında danışıqlardan sonra qərara alındığını vurğulayıb.
Bu arada Səudiyyə qırıcıları başda paytaxt Səna olmaqla Yəmənin müxtəlif bölgələrini bombardman etməyə davam etdiyi bildirilir. Səudiyyə artilleriya birlikləri də Yəmənin şimal-qərb bölgəsini vurmağa başlayıb.
Yəmənli mənbələr isə Səudiyyə döyüş təyyarələrinin dünən gecə Yəmən ordusu və Ənsarullah qüvvələrini dayandırmaq məqsədilə Əl-Qaidə terrorçularına yenə silah atdığını açıqlayıb./deyerler/
590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber