Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2015

İki nəfər müammalı şəkildə bıçaqlandı

Zaqatalada iki nəfər müammalı şəkildə bıçaqlanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, aprel 30-u axşam saat 22:30 radələrində rayonun Əliabad qəsəbə sakininləri 1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynov döş qəfəsinin sağ nahiyəsinin və sol bazunun üçdəbirinin kəsilmiş və deşilmiş bıçaq yarası, 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayev isə döş qəfəsinin sol nəhiyyəsinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olublar. Hazırda Zaqatala RMX-nın həkimləri bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmuş Ruslan Hüseynovun və Fərhad Abdullayevin müayinəsi ilə məşğul olduqları bildirilir və onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Hüseynovun və Fərhad Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Bildirilir ki, hazırda Zaqatala RPŞ-nin əməkdaşları cinayətin hansı zəmnində baş verdiyini araşdırmaq üçün hadisənin baş verdiyi Əliabad qəsəbəsində axtarış-əməliyyat tədbirləri keçirir./apa/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34