Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2015

Eldəniz Quliyev həbs olunur!

“Əgər həbs olunmağım problemi həll edəcəksə, hakimiyyət buyurub məni həbs etsin”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev həbs oluna bilər. Buna səbəb E.Quliyevin məhkəmə tərəfindən ona kəsilən cəriməni ödəməkdən imtina etməsidir.
Kəsilən cərimənin nə zaman ödəniləcəyi ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinin sualını cavablandıran E.Quliyev daxili işlər naziri Ramil Usubovun iddiası əsasında baş tutan məhkəmə prosesinin sonucu olaraq ona kəsilən 1000 manatlıq cərimə cəzasını ödəmək iqtidarında olmadığını bildirib:
“Bu günlərdə Apellyasiya Məhkəməsi məsələ ilə bağlı qərar verdi və Nəsimi Rayon Məhkəməsinin hökmünü təsdiqlədi. Bu isə, öz növbəsində o deməkdir ki, biz Ali Məhkəməyə müraciət etsək də bu cəriməni ödəməliyik. Mənim isə bu qədər vəsaiti ödəmək imkanım yoxdur. İmkanım yoxdursa, deməli, həmin məbləği ödəyə də bilməyəcəm. Əgər həbs olunmağım problemi həll edəcəksə, hakimiyyət buyurub məni həbs etsin”.
Məlumat üçün qeyd edək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 0