Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2015

İsraildə 4 kişi əsgər bir qadın əsgərə təcavüz edib

Hadisə İsrailin Hatzerim Hərbi Hava Qüvvələrinin bazasında baş verib. Haaretz qəzeti yazır ki, rütbəli qadın əsgər otaqda digər 4 əsgər tərəfindən növbəli şəkildə təcavüzə məruz qalıb.

Qadın əsgər ailəsindən və yaxınlardan dəstək alaraq məsələ ilə bağlı məhkəməyə müraciət edib. Şübhəli əsgərlərin vəkilləri isə qadın əsgərin təcavüzə məruz qalmadığını iddia edirlər. Vəkillərdən biri qadının 4 əsgərdən ən az biriylə öz razılığı ilə əlaqəyə girdiyini iddia edib.

Qadınlara əsgərliyin zəruri olduğu İsraildə bu ilk belə hadisə deyil. İsrail ordusunda oxşar hadisələrin artımı diqqət çəkir.

İsraildə 2014-ci ildə Hərbi Məhkəmənin baxdığı cinsi təcavüzlə bağlı 125 işə baxılıb. İsraildə bu istiqamətdə törədilən cinayətlər ötən illə müqayisədə 40% artıb./ans/
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34