Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2015

Broyler toyuqların qiyməti bahalaşıb

Vahid Məhərrəmov: «Digər məhsulların da qiymətləri artacaq»

Son günlər yerli broyler məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Redaksiyamıza məlumat verənlər yerli broyler toyuqlarının hər kilosunda 20-30 qəpik artımın olduğunu bildirir. Qeyd edək ki, fevral ayında manatın devalvasiyasından sonra baş verən dəyişikliklər ölkə iqtisadiyyatında silinməz iz buraxıb. Bunu daha çox gündəlik tələbat və ərzaq məhsullarının qiymətində hiss edən ölkə vətəndaşları broyler məhsullarının artan qiymətindlən narahatlıqlarını bildirir.

Məsələ barədə fikirlərini qəzetimizlə bölüşən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşacağı barədə öncədən verilən proqnozların reallaşdığını söyləyir. Ekspert bildirir ki, ölkəyə istehsal vasitələri daxil olur avro, yaxud dollarla alındığı üçün məsələ xarici valyutaya hesablanaraq tənzimlənir. Bir sıra məhsulların qiymətində bahalanmanın olacağı barədəki proqnozlar və müşahidə olunan artım da bununla bağlı olub:
“Broyler toyuqlarını yetişdirmək üçün avadanlıq, istehsal vasitələri, texnika əsasən xaricdən gətirilir. Yem komponentləri də xaricdən idxal olunur. Əldə olunan məhsulun maya dəyəri təbii olaraq artır və bu da qiymətə təsir edir. Qiymətlərin artması aciotacını yaratmamaq üçün bir müddət cəhd etdilər. Lakin indən belə bunu saxlamaq mümkün olmayacaq və bu tendensiya davam edəcək. Bahalanma özünü digər məhsullarda da göstərəcək. Qiymətlər təxminən 10 faizə qədər artıbsa, demək olmaz ki, gələcəkdə artım baş verməyəcək. Əksinə, bu və digər məhsulların qiymətində artım baş verəcək”. Ekspert bahalaşma tendensiyasının əsasən, manatın devalvasiyasından sonra baş verdiyini, manat dəyərdən düşdüyü üçün daxildə məhsulların qiymətinin artmaqda olduğunu da vurğulayır. (azadliq.info)
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber