Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

ABŞ-ın işğalçı siyasətinin acı sonu - Terrorçular masa arxasında

Əfqanıstan rəsmilərindən ibarət nümayəndə heyəti radikal hərəkat olan “Taliban”la danışıqlara getmək üçün Qətərə yollanıb.

Rosbalt xəbər verir ki, danışıqlar nəticəsində qüvvələr arasında uzanan hərbi toqquşmaların sona çatması gözlənilir.

Bazar günü və bazar ertəsi baş tutacaq danışıqlara Əfqanıstandan 20 nəfər nümayəndə iştrak edəcək. Qətərdə olan “Taliban” hərəkatının nümayəndələri də görüşün bundan sonra bir neçə gün çəkəcəyini təsdiq edib.

Görüşdə Qətər dövlət nümayəndələrinin də iştrakı gözlənilir.
671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber